## 2019-cu il IV Maddə məsləhətləşmələri çərçivəsində BVF əməkdaşlarının Azərbaycana səfəri yekunlaşdı

## Source details

**Canonical URL:** [2019-cu il IV Maddə məsləhətləşmələri çərçivəsində BVF əməkdaşlarının Azərbaycana səfəri yekunlaşdı](https://www.imf.org/-/media/files/news/press-release/2019/pr19249-aze-azerbaijan.pdf)

## Other formats

- [Markdown version](/-/media/files/news/press-release/2019/pr19249-aze-azerbaijan.pdf.md)
- [Structured JSON version](/-/media/files/news/press-release/2019/pr19249-aze-azerbaijan.pdf.json)

---

### Ümumi nəticələr və proqnozlar
- “İqtisadiyyat tədricən bərpa olunmaqdadır."
- "Əmək haqları, pensiyalar və sosial yardımlarda son artımlar, habelə vergi və borc yükünün azaldılması üçün görülən tədbirlərin yaxın müddətli dövrdə qeyri-neft sektoru üzrə artım dərəcəsini 2.7% səviyyəyə qaldırmağa dəstək verəcəyi gözlənilir."
- "Bu il, Cənub Qaz Dəhlizi boru kəmərinin işə düşməsi ilə əlaqədar olaraq, karbohidrogen hasilatı artacaq, sonrakı dövrdə isə daha aşağı, ancaq sabit artım trayektoriyasında qərarlaşacaqdır."
- "Yaxın dövrdə inflyasiya 3.3% səviyyəsində proqnozlaşdırılır."
- "Bu il büdcə profisiti, əsasən karbohidrogen gəlirlərinin artması hesabına, ÜDM-nin 5.8%-i səviyyəsinədək yüksələcək, növbəti il isə geniş mənada sabit qalacaqdır."
- "Yaxın müddətli dövrdə cari hesab profisitinin ÜDM-nin 10%-ni üstələyəcəyi proqnozlaşdırılır."

### Fiskal siyasət və tövsiyələr
- Davam edən fiskal konsolidasiya tükənən neft gəlirlərinin münasib hissəsinin gələcək nəsillər üçün yığılmasına və sıxıntı yaşanılan dövrlər üçün ehtiyatların yaradılmasına yardım edərdi.
- Hökumətin 2019-cu ildə büdcə qaydasını tətbiq etməsi irəliyə doğru atılmış vacib addım hesab edilir.
- Təklif olunan prioritet addımlar:
  - Büdcə qaydasını dövlət maliyyə idarəetməsini gücləndirərək, fiskal şəffaflığı artıraraq və fiskal riskləri daha yaxşı idarə edərək tamamlamaq.
  - Konsolidasiyanın tədricən həyata keçirilməsi.
  - Dövlət xərclərinin səmərəliliyinin yaxşılaşdırılması və xərclərin iqtisadi artımı dəstəkləyən investisiyalara (fiziki və insan kapitalına) yönəldilməsi.
  - Dövlət müəssisələrinə/şirkətlərinə və maliyyə sektoruna yaxından nəzarətin gücləndirilməsi ilə böyük məbləğdə şərti fiskal öhdəliklərin tənzimlənməsinə yardım etmək.

### Pul-kredit siyasəti və maliyyə sektorunun gücləndirilməsi
- "Maliyyə şəraitinin hələ də məhdud olması və istifadə olunmamış izafi iqtisadi potensial nəzərə alındıqda, dövriyyədə olan pul kütləsinin davamlı artımı yaranmış şəraitdə uyğun addım kimi görünür."
- İnflyasiyanın hədəflənməsinə keçidin faydaları:
  - Sarsıntıların (şokların) öhdəsindən gəlməyə yardım etmək.
  - Risklərin daha yaxşı idarə edilməsini dəstəkləmək.
  - Pul əməliyyatlarının müasir tələblərə uyğunlaşdırılması və yerli valyutada qiymətli kağızların buraxılış həcminin artırılması ilə maliyyə bazarının inkişafına və likvid vəsaitin idarəetməsinə dəstək vermək.
  - Korporativ istiqrazlar üzrə müqayisəvi/orientir meyarları və özəl sektor üçün risksiz investisiya axınlarını təmin etmək.
- Maliyyə sektorunda prioritetlər:
  - Nisbi göstəricisi yüksək olan qeyri-işlək kreditlər probleminin həlli.
  - Normativ-hüquqi aktların təkmilləşdirilməsi və maliyyə sektoruna nəzarətin gücləndirilməsi.
  - Sektora olan ehtimadın artırılması və gələcək zəifliklərin toplanmasının önlənməsi.

### Struktur islahatlar və inklüziv artım
- Orta müddətdə iqtisadi artım və yeni iş yerlərinin yaradılması üçün şaxələndirmə və özəl sektorun mövqeyinin gücləndirilməsinə yönəlmiş struktur islahatların dərinləşdirilməsi və genişləndirilməsi tələb olunur.
- Tövsiyə olunan tədbirlər:
  - Dövlət müəssisələrinin/şirkətlərinin restrukturizasiyası.
  - Rəqabətin təşviqi.
  - Satınalmalar sisteminin təkmilləşdirilməsi.
  - Maliyyə vəsaitinə çıxışın yaxşılaşdırılması.
  - Təhsil və səhiyyə sahəsində keyfiyyətin qaldırılması ilə daha məhsuldar işçi qüvvənin formalaşmasına yardım.
  - Sosial tədbirlərin ünvanlılığının yaxşı təmin edilməsi.
  - İqtisadi siyasət çərçivələrinin və təsisatlarının davamlı təkmilləşdirilməsi ilə rəsmi orqanların mövqeyi/strategiyası arasında əlaqələndirmə.

### Selektə edilmiş iqtisadi göstəricilər (2017–2020 proqnozları)
- Real ÜDM-nin artımı (faizlə): -0.3, 1.4, 2.7, 2.1
- Real qeyri-neft ÜDM-nin artımı (faizlə): 2.4, 1.8, 2.8, 2.7
- Real neft sektoru ÜDM-sinin artımı (faizlə): -4.4, 0.6, 2.5, 1.2
- İşsizlik səviyyəsi (faizlə): 5.1, ..., ..., ...
- İstehlak qiymətləri indeksi (dövr üçün orta): 12.8, 2.3, 3.2, 3.3
- Gəlirlər (o cümlədən qrantlar, ÜDM-nin faiz nisbətində): 34.2, 38.8, 39.9, 39.0
- Xərclər (ÜDM-nin faiz nisbətində): 35.6, 33.1, 34.1, 34.0
- Cari xərclər: 25.3, 19.1, 22.5, 25.2
- Əsaslı kapital xərcləri və xalis borcvermə: 10.3, 14.1, 11.6, 8.8
- Büdcə qalığı/kəsiri (ÜDM-nin faiz nisbətində): -1.4, 5.6, 5.8, 5.1
- Büdcənin qeyri-neft baza kəsiri (qeyri-neft ÜDM-sinin faiz nisbətində): -30.9, -32.1, -31.0, -30.2
- Ümumi hökumət üzrə məcmu dövlət borcu (birbaşa borclanma): 22.5, 18.8, 19.2, 17.9
- Ümumi hökumət üzrə məcmu dövlət borcu (zəmanətlər daxil olmaqla): 53.2, 48.4, 50.3, 46.2
- Geniş mənada pul kütləsi (xarici valyutada əmanətlər daxil olmaqla, faizlə dəyişmə): 9.0, 11.3, 7.2, 6.0
- Özəl sektora verilən bank krediti (faizlə dəyişmə): -28.1, 14.9, 6.8, 8.2
- Cari hesab qalığı (ÜDM-nin faiz nisbətində): 4.1, 12.9, 10.4, 10.9
- Birbaşa xarici investisiya (ÜDM-nin faiz nisbətində): 0.7, -1.7, 4.8, 4.5
- Məcmu beynəlxalq ehtiyatlar (qeyri-neft idxalının ay misldə): 5.1, 4.7, 5.7, 6.0
- Real effektiv məzənnə (orta dərəcə, faizlə dəyişmə): 3.3, 5.6, ..., ...

*Beynəlxalq Valyuta Fondu — BVF işçi heyətinin hesablamaları və proqnozları.*

---


_Source: https://www.imf.org/-/media/files/news/press-release/2019/pr19249-aze-azerbaijan.pdf_
